Oğuzda sel körpünü uçurtdu – VİDEObackend

Oğuzda sel körpünü uçurtdu - VİDEO

Oğuz rayonuna gələn sel körpünü uçurub.

KONKRET.az-ın Report-a istinadən məlumatına görə, rayonun Yaqublu və Yenikənd kəndlərini birləşdirən körpü dağlardan gələn sel suları nəticəsində qəzalı vəziyyətə düşüb.

Belə ki, hazırda həm Yaqublu, həm də Yenikənd kəndlərində yaşayan sakinlər körpüdən istifadə edə bilmir.

Yaqublu kənd bələdiyyəsinin sədri Akif Əliyev bildirib ki, iki kəndi birləşdirən körpü hazırda qəzalı vəziyyətdədir:

“Hazırda keçidin bərpası istiqamətində işlər aparılır”.

Qeyd edək ki, Yaqublu kəndində 600, Yenikənd kəndində isə 400 nəfər yaşayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*