Oğuzda iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, “Mercedes” və “Lada” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alanların adları məlum olub.
Onlar Ağcabədi rayon sakinləri – 1988-ci il təvəllüdlü Tahirova Elnarə Əkbər qızı, 2017-ci il təvəllüdlü Tahirli Yusif İmran oğlu, 1958-ci il təvəllüdlü Tahirov Şirxan Məhəmməd oğlu və 1997-ci il təvəllüdlü Bəylərli Səkinə Aslan qızıdır.
19:40
Oğuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
KONKRET.az xəbər verir ki, bu gün günorta saatlarında “Mercedes” və “Lada” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində yaralılar ağır xəsarətlərlə öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına, sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
