“Ruben Vardanyanın getməsinin Qarabağ üçün mənfi nəticələri olacaq”.
KONKRET.az xəbər verir ki, bunu fevralın 24-də jurnalistlərə müsahibəsində “Ermənistan” bloku fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
“Mən Ruben Vardanyanın “dövlət naziri” vəzifəsindən istefa verməsini istəməzdim. Bu qərarın “Arsax” üçün mənfi nəticələri olacaq.
Ruben Vardanyanı Ermənistan və Qarabağ üçün uğurlu iş adamı və xeyriyyəçi kimi tanıyıram. Onu kim və necə təyin edib, bilmirəm. Amma Ruben Vardanyan mübarizə prosesinə başladı.
Ermənistan hakimiyyəti sübut etdi ki, onlar Qarabağdan əllərini çəkiblər. Ermənistanın qırmızı xətləri var. Azərbaycana bu xətləri keçməyə imkan vermək olmaz. Müxalifət hər şeyi etməlidir ki, hakimiyyət dövlətimizə ziyan vuracaq sənədlərə imza atmasın”, – Ohanyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az
