“Ölkədə resurslar ədalətli bölüşdürülmür”- Millət vəkilindən hökumətə İTTİHAMbackend

“Ölkədə resurslar ədalətli bölüşdürülmür”- Millət vəkilindən hökumətə İTTİHAM

Şərqi Azərbaycan əyalətinin Kəleybər, Xudafərin və Horand şəhərlərinin İran parlamentindəki nümayəndəsi Hüseyn Hatəmi ölkədə resursların ədalətli bölüşdürülmədiyini deyib.

KONKRET.az Turan TV-yə istinadən xəbər verir ki, o, ədalətsizliyin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Kəleybərin infrastruktur, inkişaf məsələləri və sosial problemlərinin müzakirəsinə həsr olunan toplantıda təmsil etdiyi bölgələrin bir sıra sahələrdə ölkə üzrə göstəricilərdən geridə qaldığını deyib.

“Kəleybər, Horan və Xudafərin bölgələri rifah göstəricilərindən ifrat dərəcədə uzaqdırlar. Əyalət məsulları bunun aradan qaldırılması üçün əməli addımlar atmağa borcludurlar”, – deyə, Hüseyn Hatəmi bildirib.

Millət vəkili deyib ki, bölgədə yoxsulluğun ləğv edilməsi üçün resursların bölüşdürülməsində ədalətsizliyə son qoyulmalıdır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*