“Ölkədə seçki kampaniyasının getdiyi atmosferdən çox narahatıq” – Arman Tatoyanbackend

"Ölkədə seçki kampaniyasının getdiyi atmosferdən çox narahatıq" - Arman Tatoyan

“Ölkədə seçki kampaniyasının getdiyi atmosferdən çox narahatıq”.

KONKRET.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə Ermənistan Ombudsmanı Arman Tatoyan bəyanat verib.

Bəyanatında seçki kampaniyasındakı gərginliyə toxunan ombudsman bu cür atmosferin dərinləşməsinin cəmiyyətdə fikir ayrılığına, parçalanmaya, həmrəyliyin pozulmasına gətirib çıxardığını vurğulayıb.

“Bu cür davam edə bilməz. Bütün siyasi qüvvələr təhqir, nifrət və zorakılıqla əlaqədar hər hansı bir ifadəni işlətməkdən çəkinməlidir ”, deyə bildirib.

Tatoyana görə, Paşinyanın “vendetta”, “kadr poqromu”, “vətəndaş intiqamı” ilə bağlı çıxışları həddindən artıq narahatlığa səbəb olub. ictimaiyyətdə bu cür ifadələr qəbuledilməzdir.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*