KONKRET.az xəbər verir ki, həkimlər qadının bir neçə saat ərzində öləcəyini ailəsinə bildirmişdilər. Qızları artıq anaları ilə vidalaşmışdı.
Həkimlər bir üsulu sınamaq qərarına gəlir: xəstəni 15 saat qarnı üstə çevirmək. Bu zaman ağciyərlərə dolmuş maye aşağı enir və ciyərlərin salamat hissəsinə az da olsa oksigen çatır. Amma bu metod ürəyə yük yaradacaqdı.
Bu çox təhlükəli idi, amma xəstə ölürdü və nəticəsi nə olacaqdısa buna razı idik.
Nəhayət 3 sutkadan sonra qadın ölümün cəngindən sıyrıla bilir və 21 gün xəstəxanada qaldıqdan sonra evə buraxılır. Onun ağciyərləri, ürəyi xeyli zəiflədiyi üçün xüsusi müalicə və tənəffüs gimnastikası etməlidir.
medicina.az
