Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar varbackend

Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

KONKRET.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsində qeydə alınıb.

Qəsəbədəki 337 saylı orta məktəbin qarşısında 162 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu idarəetmədən çıxaraq qarşıdakı “Opel” markalı avtomobilə çırpılıb. 

Zərbənin təsirindən “Opel” də yoldan çıxaraq yol kənarında olan piyadanı vurub. Avtobusda da xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*