Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı varbackend

Yəməndə bazara zərbə endirildi, onlarla ölü və yaralı var

Yəmənin cənub-qərbindəki Taiz əyalətində bazara endirilən zərbə nəticəsində 30-dan çox insan həlak olub. Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) hücuma görə Səudiyyə Ərəbistanını ittiham edib.

KONKRET.az  TASS-a istinadən xəbər verir ki, husilərin məlumatına görə, hava zərbəsi bu gün səhər saatlarında endirilib.

“Səudiyyə Ərəbistanına məxsus “F-15″ qırıcısı Xamis-Muşayt bazasından havaya qalxaraq Taiz əyalətinin Əl-Vaziyə rayonundakı Əl-Xadara bazarına üç zərbə endirib. Nəticədə onlarla dinc sakin həlak olub və yaralanıb”, – deyə husilərin hərbi nümayəndəsi Yəhya Sarinin “Telegram” kanalında dərc olunan bəyanatda bildirilib.

Öz növbəsində, “Al Arabiya” telekanalı mənbələrə istinadən zərbəni husilərin özlərinin ballistik raketlə endirdiyini xəbər verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*