OMON zabitini güllələyən erməni istintaq təcridxanasına göndərildi – VİDEObackend

OMON zabitini güllələyən erməni istintaq təcridxanasına göndərildi - VİDEO

Sankt-Peterburqda OMON zabitini güllələyən erməni 2 aylıq istintaq təcridxanasına göndərilib. 

KONKRET.az xəbər verir ki, bu qərarı Kuybışevski rayon məhkəməsi çıxarıb.

Xəbər verdiyimiz kimi, 50 yaşlı Tiqran Xaçikyan lüləsi kəsilmiş tüfənglə 43 yaşlı OMON zabitini ağır yaralayıb.

Zabitini güllələyən Tiqran Xaçikyan iki ay müddətinə istintaq təcridxanasına göndərilib.

İstintaqın məlumatına görə, Xaçikyan “Artpodqotovka” ekstremist qruplaşmasının üzvüdür.

O, günahını qismən boynuna alıb və qərara etiraz etməyib. Xaçikyan məhkəməyə tibbi geyimdə gətirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*