Sankt-Peterburqun mərkəzində erməni OMON zabitlərinə atəş açıb.
KONKRET.az xəbər verir ki, fevralın 24-də saat 11:30 radələrində mühafizə dəstəsi Sankt-Peterburqun mərkəzindəki metrostansiyalardan birində şübhəli şəxsi saxlayıb.
Özbəkistandan olan 50 yaşlı Tiqran Xaçikyan lüləsi kəsilmiş ov tüfəngini götürərək 43 yaşlı OMON zabitinə iki dəfə atəş açıb.
Güllə zabitin qarnına və digər orqanlarına dəyib. Hazırda zərərçəkmiş əməliyyat olunur. Həkimlər ona qarın, bel və çanaq nahiyəsinin çoxsaylı açıq yaraları diaqnozu qoyublar.
Cinayətkar erməni tutulub.

Xuraman Etibarlı,
KONKRET.az
