Ona da “Əl-Hilal”dan təklif gəldibackend

Ona da “Əl-Hilal”dan təklif gəldi

Fransanın Paris Sen-Jermen futbol klubunun braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubundan təklif alıb.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano tviterdə yazıb.

Mənbənin məlumatına görə, “Əl-Hilal” Fransa komandasına “böyük təklif” edib. Hazırda danışıqlar aparılır. Braziliyalının keçiddə maraqlı olduğu qeyd edilir.

Qeyd edək ki, 31 yaşlı futbolçu 2017-ci ildə dünya futbolu üçün rekord məbləğə – 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. Hücumçu Fransa yığmasının tərkibində 173 oyun keçirib, 118 qol vurub, 77 məhsuldar ötürmə edib. Futbolçu PSJ ilə birlikdə 5 qat Fransa çempionu və 4 dəfə ölkə Superkubokunun qalibi olub, 3 dəfə Fransa Kubokunu və 2 dəfə Fransa Liqa Kubokunu qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*