“Onlar dedilər ki, Xocalı istiqamətində ciddi təhlükə gözlənilir…”backend

“Onlar dedilər ki, Xocalı istiqamətində ciddi təhlükə gözlənilir...”

“Xocalı soyqırımından öncə ölkədə idarəolunmaz  bir durum yaranmışdı. Vahid komandanlıq yox idi. Kim nə bilir, bacarır, edirdi. Təbii ki, hakimiyyətdə vəzifə tutmayanlar dövlət səviyyəsində böyük işlər görə bilməzdi…”.

KONKRET.az xəbər verir ki, bu fikirləri 1992-ci il martın 5-6-da Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun istefasına gətirib çıxarmış ictimai-siyasi şərait haqda danışan AMİP lideri Etibar Məmmədov söyləyib.

“Konkret bir misal deyə bilərəm. Xocalı faciəsindən bir müddət əvvəl Bakıya Fələstin Azadlıq Təşkilatının 3 nümayəndəsi gəlmişdi. Onlarla görüşdüm. Söhbət zamanı bildirdilər ki, bizdə etibarlı mənbələrdən olan məlumata görə, Xocalı istiqamətində Azərbaycana qarşı ciddi bir əməliyyat hazırlanır. Mən dərhal o vaxtkı dövlət müşaviri Vəfa Quluzadəyə telefon açdım və FAT nümayəndələrini birbaşa hava limanından göndərdim Ayaz Mütəllibovun qəbuluna… Yəni onlar əllərində çox ciddi məlumatları olan şəxslər idi və öz xidmətlərini təklif edirdilər…. Təəssüf ki,  dövlət səviyyəsində bunun qarşısını almaq üçün lazım olan tədbirlər görülmədi və nəticə də çox acınacaqlı alındı…”- deyə  Etibar Məmmədov vurğulayıb.   /Moderator.az

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*