“Onlar sahib, ermənilər xidmətçi” – Ermənilərin Zəngəzur PROQNOZLARIbackend

"Onlar sahib, ermənilər xidmətçi" - Ermənilərin Zəngəzur PROQNOZLARI

– Azərbaycan Süniki (Zəngəzur) güc yolu ilə yox, iqtisadi yolla ələ alacaq;

– Əvvəl nəqliyyat-kommunikasiya əlaqələri qurulacaq, Azərbaycan və türk avtomobilləri yollardan və dayanacaqlardan istifadə edəcəklər;

– Camaat buna öyrəşəcək, onlar yol və yolkənarı infrastrukturun yaxşılaşdırılması ilə məşğul olacaqlar;

– Siyasətçilər çəkiləcək yolların strateji əhəmiyyətindən bəhs edəcəklər, insanlar türklərə və azərbaycanlılara qonşu kimi yanaşacaq;

– Sonra yolların keçdiyi ərazilərə infrastukturun müasirləşdirilməsi üçün Azərbaycan-Türkiyə investisiyası qoyulacaq;

– Yükboşaltma məntəqələri, mehmanxanalar və ucuz türk mallarının satıldığı topdansatış mərkəzləri açılacaq;

– Türkiyədən Azərbaycana gedən mallar çoxaldıqca, bölgədə əlavə anbarlar açılacaq;

– Camaat Türkiyə və Azərbaycanın heç də pis olmadığına alışacaq, bu mərhələ normal həyata keçəcəksə, bölgədə biznesə pul qoymağa başlayacaqlar;

– Kapital Azərbaycan və Türkiyənin olacaq, onlar sahib, ermənilər xidmət edən olacaq;

– Ardınca türklərin özü gələcək, tədricən Sünik şəhərlərində azərbaycanlıların sayı artacaq;

– İqtisadi əlaqələr genişləndikcə, Azərbaycan və Türkiyə pasportu bölgəyə ayaq açacaq, bu pasportları daşıyanlara əlavə güzəştlər ediləcək;

– Türklərin sayı (Azərbaycan və Türkiyəni birlikdə götürürlər) əhalinin 20-30 faizinə çatanda onların və türk investorların maraqlarını müdafiə edən məmurların administrasiyaya ayaq açması qaçılmaz olacaq;

– Beləliklə, Sünik Azərbaycan bölgəsi, yaxud Bakı və Ankaranın təsirində olan əraziyə çevriləcək;

Zəngəzura qayıdışın ən unikal yolu da budur…

Asif Nərimanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*