Operativ Qərargah brifinq keçirir – CANLI YAYIMbackend

Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM

Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün növbəti brifinqi keçirilir.

KONKRET.az-ın məlumatına görə, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva, TƏBİB-in Mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova və İqtisadiyyat Nazirliyi yanında dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva iştirak edir.

Konfransda ölkədə elan olunan karantin rejiminin yenidən yumşaldılması çərçivəsində açıq havada kafe və restoranların açılmasına icazə verilməsi və digər məsələlərlə bağlı məlumat verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*