Orduda ayağını itirən paraatlonçu hərbi komissarlıqdan çağırış vərəqəsi alıb.
KONKRET.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb. Bildirilir ki, Dmitri İqnatov 10 il əvvəl orduda ayağını itirib. 22 yaşında Severodvinskdə xidmət edərkən onun üstünə S-300 raketi düşüb və nəticədə onun ayağının biri amputasiya edilməli olub.
Reabilitasiya zamanı İqnatov Paralimpiya Oyunlarına getməyə qərar verib və bundan sonra o, tanınmış telekanallarda aparıcı kimi işləməyə başlayıb.
Paralel olaraq, o, Rusiyada əlillər haqqında mühazirə oxumaqla məşğul olub.

Xuraman Etibarlı,
KONKRET.az
