“Ordumuz qəhrəmanlığa baxmayaraq, daim geri çəkilirdi” – Erməni nəşribackend

"Ordumuz qəhrəmanlığa baxmayaraq, daim geri çəkilirdi" - Erməni nəşri

“Təbii ki, əsas sual niyə uduzduq və kimin günahkar olduğu hələ aydınlaşmayıb. Müharibənin məğlubiyyətinin günahını keçmiş hakimiyyətin və keçmiş ordu komandirlərinin, həmçinin ordunun təchizatçılarının üzərinə atmaq üçün edilən bütün səylərə baxmayaraq, əvvəlki illərdə məğlubiyyətin səbəblərini axtaranların sadə populizm və beyin yuma ilə məşğul olduqları aydındır. Lakin hələ də məğlubiyyətin əsas günahkarları yox, digərləri təqib və həbs edilir”. 

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yayıb.

“Nikol Paşinyanın satın aldığı natamam SU-lar, ordu və hərbi təlimlər haqqında bütün qürurverici məlumatlar bizi yenilməzliyə əmin etmişdi.

“Yeni müharibə, yeni ərazilər”, “müharibə istəyirsənsə, müharibə alacaqsan”, “Qarabağ Ermənistandır və bitdi”, “sıfırdan danışıqlar”, “Qarabağın havası 100% qorunur” və s. deyilməsəysdi, düşünərdik ki, bəlkə də müdafiə qabiliyyətimiz 30 ildir zəifdir. Ermənistan hakimiyyəti isə 3 ildə bu boşluğu doldura bilməyib.

Əlavə olaraq, büdcə yalnız səyahətlər, asfalt çəkilməsi və s. üçün kifayət idi, amma ordu üçün pul yox idi.

Ordumuz, təsvir edilə bilməyən “qəhrəmanlığa” baxmayaraq, daim geri çəkilirdi.

Siyasi təqiblərlə paralel olaraq Prokurorluq, Xüsusi İstintaq Xidməti, Müdafiə Nazirliyi də bununla məşğul olmalı və bir il sonra bəzi suallara cavab verməli idi. Ancaq məlum olur ki, hüquq-mühafizə orqanlarının buna vaxtı yoxdur”, – deyə nəşr qeyd edib. unikal

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*