backend

Ordumuzun məhv etdiyi Leonid Azgaldyan və Vladimir Balayan “qəhrəman” adına layiq görülüb - FOTO

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyan Leonid Azgaldyan və Vladimir Balayanı ölümündən sonra qəhrəman adına layiq görüb.

Konkret.az erməni mediasına istinadla xəbər verir ki, ordenlər ölənlərin qohumlarına təqdim edilib.

Qeyd edək ki, 80-ci illərin sonlarında Leonid Azgaldyan yaradılan “İstiqlal Ordusu”nun komandiri olub. 1991-ci ilin iyun ayında Vladimir Balayanla birlikdə “Azadlıq Ordusu” hərbi təşkilatını yaradıb. O, 21 iyun 1992-ci ildə Ağdərə yaxınlığında Azərbaycan Milli Ordusunun əsgərləri tərəfindən öldürülüb.

1958-ci il təvəllüdlü Vladimir Balayan isə  Azərbaycan ordusunun yay hücumu zamanı 9 iyun 1992-ci ildə öldürülüb.

Fadil PAŞAYEV

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*