Orxan Səfərov ilk dəfə Avropa çempionu oldubackend

Orxan Səfərov ilk dəfə Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatında Orxan Səfərov ilk dəfə qitənin ən güclüsü olub.

KONKRET.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat qızıl medalçısı, dünya və Avropa çempionatlarının mükafatçısı olmuş Orxan Səfərov Manuel Lombardodan sonra Matey Polyak, Zebastian Zaydl (Almaniya) və Straxinya Bunçiçi (Serbiya) məğlub edib. O, finalda dünya və Avropa çempionatının mükafatçısı Tal Flikerdən (İsrail) üstün olub.

Qeyd edək ki, Orxan Səfərov 2015-ci ildə Bakıda (I Avropa Oyunları) və 2016-cı ildə Kazanda qitə çempionatının finalına çıxsa da, gümüş medalla kifayətlənmişdi.

İlk gündə digər beş cüdoçumuz ilk və ya ikinci qarşılaşmasında məğlub olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*