Özbəkistanda COVID-19 əleyhinə “pomidor” peyvəndi yaradılıbbackend

Özbəkistanda COVID-19 əleyhinə "pomidor" peyvəndi yaradılıb

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistan Elmlər Akademiyasının Genetika və Bioinformatika Mərkəzinin əməkdaşları koronavirusa qarşı yeməli peyvənd hazırlayıblar.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, mərkəz mütəxəssisinin dediyinə görə, elm adamları koronavirus əleyhinə peyvəndi klonlaşdıraraq bitki hüceyrəsinə daxil ediblər.

Alimlər cari ilin yanvar ayından bu layihə üzərində işləyirlər. Pomidor və xiyar təsadüfən seçilməyib. Belə ki, hüceyrələri məhv edən istilik bu tərəvəzlərdə olmur.

Müxtəlif ölkələrdən olan tədqiqatçılar yeməli peyvəndlərlə fəal şəkildə sınaq keçirirlər. Rusiya və Kanadada süd və yulaf məhsulları üzərində sınaqlar keçirilir. Bu kimi peyvəndlərin klinik sınaqları artıq tamamlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*