“Özümüzü axmaq kimi aparmayaq, hamının ayağa qalxması lazımdır” – Bekaryanbackend

"Özümüzü axmaq kimi aparmayaq, hamının ayağa qalxması lazımdır" - Bekaryan

“Elə problemlər var ki, qapımızı döyür, amma özümüzü axmaq kimi göstəririk”.

KONKRET.az xəbər verir ki, bu barədə “Vzqlyad” analitik mərkəzinin rəhbəri Karen Bekaryan “Mühasirəyə alınmış Qarabağ terrorizm, beynəlxalq fəaliyyətsizlik və biganəliyin məngənəsində” mövzusunda panel müzakirəsi zamanı bildirib.

“Ermənistan hakimiyyətini rahat buraxaq, onlardan heç nə gözləməyək, özümüzü aldatmaqla məşğul olmayaq. Təbii ki, daim danışmaq, tənqid etmək, ictimaiyyətə çatdırmaq lazımdır. Amma onlardan hər hansı bir hərəkət və nəticə gözləmək olmaz.

Biz yorulmadan çalışmalıyıq, nəsə etməliyik. Hamının ayağa qalxmasının vaxtıdır”, – deyə Bekaryan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*