Vardenis şəhərində ölü tapılan müqaviləli hərbi qulluqçu Artak N. ölümündən əvvəl yaxın qohumlarından birinə mesaj göndərib.
KONKRET.az xəbər verir ki, bu barədə kriminal xəbərlər saytı Shamshyan.com məlumat yayıb.
“Vətənin Müdafiəçisi” proqramı çərçivəsində xidmət edən 23 yaşlı hərbçi, ilkin məlumata görə, avqustun 25-də şəhərdəki evlərdən birinin tövləsində özünə qəsd edib. Onu qohumu tapıb, təcili yardım çağırıb və həkimlər gələnədək ona kömək etməyə çalışıb. Lakin hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.
Özünə qəsd etməzdən əvvəl mərhum qohumuna belə bir mesaj göndərib:
“Etdiyim hərəkətlərə görə məni bağışlayın. Bu daşlaşmış dünyada yaşamaq istəmirəm”.
Məhkəmə-tibb ekspertinin ilkin rəyinə görə, meyitdə zorakılıq əlamətləri aşkar edilməyib.
Rəsmiyyə Şərifova
KONKRET.az
