Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlamabackend

Pakistan prezidentindən Azərbaycanla bağlı açıqlama

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevi 28 May-Müstəqillik Günü münasibərilə təbrik edib.

KONKRET.az təbrikin mətnini təqdim edir:

“Pakistan İslam Respublikasının Hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və qardaş xalqına Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Pakistan və Azərbaycan ortaq dini etiqadımız, zəngin mədəni irsimiz və ümumi dəyərlərimizdən güc alan dərin qardaşlıq münasibətləri ilə bir-birinə bağlıdır. İllər ərzində ikitərəfli əlaqələrimiz qarşılıqlı etimad, anlaşma və bir-birimizin əsas milli maraqlarına dair məsələlərdə qətiyyətli dəstəyə əsaslanan möhkəm və davamlı tərəfdaşlığa yüksəlmişdir.

Pakistan xalqı Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikasının əldə etdiyi mühüm sosial-iqtisadi tərəqqi və rifaha ürəkdən sevinir. Qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə, xüsusən ikitərəfli ticarət, enerji bağlantıları, müdafiə və insanlararası əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığımızı daha da dərinləşdirməyə və şaxələndirməyə qətiyyətlə sadiqik.

Fürsətdən istifadə edərək Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*