Pakistanın Xayber-Paxtunxva əyalətində “İslam Alimləri Assambleyası” partiyasının konqresində kamikadzenin törətdiyi partlayışda ölənlərin sayı 44 nəfərə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Hayber-Paxtunxva əyalətinin səhiyyə naziri Riaz Ənvara məlumat yayıb.
Onun sözlərinə terror aktı nəticəsində 100-dən çox şəxs yaralanıb: “Terrorçu səhnənin bilavasitə yaxınlığında özünü partladıb”.
Qeyd edək ki, Pakistanın Baş naziri Şahbaz Şərif hadisənin araşdırılması və günahkarların müəyyən edilməsi barədə göstəriş verib.
***
19:21
Pakistanın Xayber Paxtunxva əyalətində “Camaati-İslami” partiyasının qurultayında baş verən partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb, 80-dən çox insan yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, partlayış yerli vaxtla saat 16.00 radələrində qurultay zamanı binanın daxilində baş verib. Polis hələ ki, partlayışın səbəbini açıqlamayıb.
Partiya lideri Hafiz Həmdullah bildirib ki, o da qurultaya qatılmalı idi, lakin şəxsi səbəblərə görə gələ bilməyib.
Həmdullah partlayışı pisləyib, hadisəni terror adlandırıb, ölkə və əyalət rəhbərliyini hadisə ilə bağlı araşdırma aparmağa çağırıb.
