Pakistanın keçmiş baş naziri İmran Xana sui-qəsd olub.
KONKRET.az xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb. Hadisənin baş verməsindən bir neçə dəqiqə sonra hadisəni törədən şəxsin linc edilməsilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
İmran Xanın yaralandığı bildirilir. Xan tərəfdarları ilə yürüş zamanı ayağından güllə yarası alıb.
Sui-qəsd an an və ayağından yaralanan Xanın maşına aparıldığı anlar da videoda yer alıb.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az
