Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı TƏKLİFbackend

Pandemiya ilə mübarizə aparan tibb işçiləri ilə bağlı TƏKLİF

Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direktoru, professor Surxay Musayev pandemiya ilə mübarizə təklifləri verib.

KONKRET.az xəbər verir ki, professor COVID-19-la mübarizə üçün COVID-10-la mübarizənin ön xəttində dayanan tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini önə çəkib.

Surxay Musayevin virusla bağlı təkliflərini təqdim edirik.

“Təəssüf ki, bütün qorunma tədbirlərinə baxmaraq, son vaxtlar həkimlərimiz və digər personal arasında koronavirusa yoluxma halları artmaqda davam edir. Neçə tibb işçimiz klinikalarda ağır vəziyyətdə yaşamaq uğrunda çarpışırlar. Allah şəfa versin! Artıq bir neçə həkimimiz bu mübarizədə həyatlarını itiriblər. Onlara Allahdan rəhmət diləyirəm. Odur ki, tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə ciddi ehtiyac vardır. Bununla əlaqədar olaraq ən azından:

1.Ön cəbhədə çalışan TİBB IŞÇILƏRININ SIĞORTALANMASI məsələsi, təcili şəkildə müvafiq orqanlarda müzakirəyə çıxarılmalı və ciddi qərar qəbul edilməlidir.

2.Eyni zamanda, COVİD-19 -la ön cəbhədə mübarizə aparan tibb işçilərinin SOSİAL MÜDAFIƏ FONDUNUN yaradılması da bu istiqamətdə vacib addımlardan biri olmalıdır.”

modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*