Paris polisi asayişi qorumaq üçün dronlardan istifadə edəcəkbackend

Paris polisi asayişi qorumaq üçün dronlardan istifadə edəcək

Paris polis prefekturası “Twitter” səhifəsində iyulun 2-si axşamdan iyulun 3-ü səhərə qədər paytaxtda və qonşu departamentlərdə asayişi izləmək üçün dronların istifadəsinə icazə verdiyini açıqlayıb.

KONKRET.az-ın məlumatına görə, Paris polisinin prefekti Laurent Nunes daha əvvəl bildirib ki, şəhərdə fövqəladə vəziyyət elan etmək tezdir. Onun sözlərinə görə, şəhər hakimiyyəti fövqəladə vəziyyət tətbiq etmədən iğtişaşları yatırmaq üçün hələ də kifayət qədər resurslara malikdir.

O əlavə edib ki, paytaxt regionunda ictimai nəqliyyatda əvvəllər saat 21:00-dan sonra tətbiq edilən məhdudiyyətlər davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*