Parlament seçkilərində daha bir sürpriz – Bəxtiyar Sadıqovun seçildiyi dairədən namizəd o olacaqbackend

Parlament seçkilərində daha bir sürpriz - Bəxtiyar Sadıqovun seçildiyi dairədən namizəd o olacaq

119 saylı Ağdam kənd seçki dairəsindən Bəxtiyar Sadıqovun namizədliyi verilməyəcək.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, o dairədən namizədliyini verən şəxslərdən biri İqtisad Univeristetinin rektoru Ədalət Muradov olacaq.

Qeyd edək ki, Ədalət Muradov 29 yanvar 1962-ci ildə doğulub. 1979-cu ildə 5 saylı kimya-biologiya təmayüllü məktəbi bitirib. 1980-1982-ci illərdə Sibir Hərbi Dairəsində əsgəri xidmət keçib.

1985-ci ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub,

1990-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə tələbələr arasında keçirilən Ümumittifaq Olimpiadada, “İqtisadiyyat və istehsalın təşkili üzrə” SSRİ-də 2-ci yerə layiq görülüb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*