“Paşinyan ağacın altında oturan dovşan şəkli çəkir” – Asmik Babacanyanbackend

“Paşinyan ağacın altında oturan dovşan şəkli çəkir” - Asmik Babacanyan

“Erməni politoloqlar Vladimir Putinlə İlham Əliyevin görüşündən çox narahat olacaqlar”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Hasmik Babacanyan “hraparak.am” saytında yazıb.

“Araşdırmalıyıq ki, Ermənistan niyə belə “təhlükəli” vəziyyətə düşüb? Hər halda Kremlin Vladimir Putinin Bakı səfəri ilə bağlı açıqlaması bizi narahat etməlidir. Açıqlamada bildirilib ki, Ermənistan-Azərbaycan nizamlanması Rusiya və Azərbaycan liderləri arasında danışıqların mövzularından birinə çevriləcək.

Bəs Ermənistan?

Hər bir ağlı başında olan adam bu sualı verəcək.

Azərbaycan Ermənistanın iştirakı olmadan Rusiya ilə sülh müqaviləsinin imzalanması, sərhədlərin demarkasiyası və demarkasiyası prosesinin təşviqi, üçtərəfli sazişlər əsasında nəqliyyat, logistika və iqtisadi əlaqələrin qarşısının alınmasını müzakirə edir”.

O əlavə edib ki, bütün bunlar Ermənistanın gündəmindən çıxarılıb:

“Gündəmdə ancaq “yaşasın velosiped”, “dolma bişirmək”, “tamaşa qoymaq”, “uşaqlarla rəqs etmək” var. Rusiya regionda öz maraqlarını qoruyur, Azərbaycan da öz maraqlarını qoruyur. Bəs Paşinyan nə edir?. Paşinyan ağacın altında oturan dovşan şəkli çəkir”.

Natiq Səlim,

KONKRET.az

  • ilqar
    Avqust 20, 2024 - 15:07

    Nəynəsin yetim Paşik.Hambarsumun şəkilini çəkəcək burnu çox uzundu vamana sığmır, haykanusun şəkilini İran mollalari mələfəyə çəkir.Ey Paşik də dovşan çəkir.Ən yaxşısi dovşandi sakit heyvandi.Birdə burnunu hər deşiyə soxma boz axci😂

ilqar üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*