backend

Paşinyan "Azərbaycana casusluq edən" zabiti "ifşa etdi" - TƏFƏRRÜATLAR

Nikol Paşinyan yaxın günlərdə dövlətə xəyanətin ifşası ilə bağlı məlumat olacağı mesajını verib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, Paşinyan Araratda vətəndaşlarla görüşdə 44 günlük müharibə zamanı yüksək rütbəli bir komandirin “düşmən”ə işləməsi barədə məlumat verib.

Onun sözlərinə görə, bu, adi bir əsgər deyil, könüllü dəstələrdən birinin komandiridir.

“Azərbaycan Xüsusi Xidmət orqanlarının agenti” olan zabit “düşmən”ə Ermənistan silahlı qüvvələrinin Hadrutdakı yeri barədə məlumat “ötürüb”.

MTX hərbçini artıq həbs edib. Yaxın günlərdə kimliyi açıqlanacaq.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*