Paşinyan: “Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq”backend

Paşinyan: “Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər almışıq"

Ermənistan Azərbaycandan sülh müqaviləsi ilə bağlı yeni təkliflər alıb.

KONKRET.az xəbər verir ki, bunu martın 16-da hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Azərbaycanın sülh müqaviləsi ilə bağlı yeni təkliflərini almışıq.

Beləliklə, biz müqavilə layihəsi üzrə müzakirələrin dördüncü mərhələsinə keçdik. Yaxın vaxtlarda hər şeyi müzakirə edib şərhlərimizi təqdim edəcəyik.

Biz sülh gündəminə sadiqik və ondan kənara çıxmayacağıq”, – deyə Paşinyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*