“İrəvan KTMT ilə Azərbaycan arasında müharibə yaratmaq fikrində deyil”.
KONKRET.az xəbər verir ki, bunu parlamentdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, Ermənistan və Azərbaycan arasındakı vəziyyətlə bağlı təşkilatın mövqeyini anlamaq və Ermənistan ərazisinin “işğalına” siyasi qiymət vermək istədiyini bəyan edib.
“Biz KTMT-Azərbaycan müharibəsini qızışdırmaq istəmirik. KTMT-nin vəziyyətə aydın siyasi qiymət verməsi bizim üçün vacibdir”, – o bildirib.
Paşinyan daha sonra sülh müqaviləsi barədə də danışıb.
“Sülh müqaviləsinə iki yanaşma var: təfərrüatlı və konkret olmayan çərçivəli saziş. Ermənistan çərçivəli sülh sazişi imzalamağı təklif edir”, – Paşinyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az