Paşinyan: “Ermənistan bu gün Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”backend

Paşinyan: "Ermənistan bu gün Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır"

“Ermənistan bu gün Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında deyib.

“Ermənistan bu gün də Azərbaycanın Naxçıvanla əlaqəsini təmin etməyə hazırdır. Biz Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etməliyik. Azərbaycanın ən qərb bölgəsi Qazax bölgəsidir. Biz hazırıq. Gəlsinlər, keçsinlər, getsinlər Naxçıvana. Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhlükəsizliyə zəmanət veririk. Bunu Vardenisdə də (Basrkeçər), Sisianda da (Qarakilsə, Yerasxda da (Arazdəyən), Gorusda da təmin edə bilərik. Göstərilən müddətdə Azərbaycan bundan istifadə etməyə belə cəhd etməyib”, – deyə Paşinyan yenə Azərbaycan tərəfinə böhtan atıb.

O, həmçinin Dövlət Gəlirləri Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinə müraciət edərək Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyi tapşırıb.

Xuraman Etibarlı,

KONKRET.az

 

  • Namiq
    Avqust 4, 2022 - 17:33

    Azərbaycan özünü elə bir bataqlığa salıb ki, odan çıxmaq qeyri mümkündür. 2020-ci ildə müharibəni dayandırmaq yox, axıra qədər gedərək məsələni birdəfəlik həll etmək lazım idi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*