Paşinyan Əsədə kömək təklif etdibackend

Paşinyan Əsədə kömək təklif etdi

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya Prezidenti Bəşər Əsədə təbrik məktubu ünvanlayıb.

KONKRET.az xəbər verir ki, ölkəsi acınacaqlı durumda olan Paşinyan təbrik məktubunda Əsəd rejiminə kömək etməyə hazır olduğunu bildirib.

Ermənistan Suriyanın üzləşdiyi humanitar problemlərin həllinə töhfə verməyə davam etdiyini qeyd edən Paşinyan Suriya ilə münasibətlərin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, Suriyada keçirilən prezident seçkiərində Bəşər Əsəd 95,1 faiz səs toplayaraq qalib gəlib. Seçki nəticələrini dünyanın əksər ölkələri tanımayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*