“Paşinyan özünü ali baş komandan elan etdi, amma neçə uşağı öldürdüyünü hesablamadı”backend

"Paşinyan özünü ali baş komandan elan etdi, amma neçə uşağı öldürdüyünü hesablamadı"

Nikol Paşinyan özünü ali baş komandan elan etdi. Amma bütün riskləri, neçə uşağı öldürdüyünü hesablamadı. O müharibədə bir sehrli çubuq olduğunu deyirdi. Görəsən, bu sehrli çubuq niyə işə yaramadı? 4000 uşağı ölümə göndərmək həqiqətən bu qədər asan ola bilərmi?”

KONKRET.az xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” Partiyasından olan millət vəkili olan Qevork Petrosyan deyib.

“Müxalifəti günahlandırmaq absurddur. Gedib bu sənədi imzalayanda müxalifətin fikrini soruşdu?”, – deyə soruşan Petrosyan vurğulayıb ki, Paşinyan ölkəyə öz təsəvvürünə görə və ehtimal ki, qadın təmsilçilərinin məsləhəti ilə rəhbərlik edir:

“Silahlı Qüvvələrin Ali Baş Komandanını ağ köynəkdə kim görmədi ki? Şortik geyinib Konstitusiya Məhkəməsinin iclasına getsəm, eynidir. Bu, utancvericidir. Qan tökmək vərdişinə yiyələnən Paşinyan ambisiyalarından imtina edilməli və deməlidir: “İstefa edəcəyəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*