Paşinyanın ağlı qaçıb, deyir ki, Azərbaycanla Qarabağ arasında “siyasi söhbət” başlamalıdır.
KONKRET.az xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan Ermənistandan Qarabağa gedən yeganə yüksək gərginlikli xəttdə baş vermiş qəzadan danışıb.
“Qarabağda elektrik kəsilib, uşaq bağçaları tam işləmir, iş yerləri bağlanır, sosial vəziyyəti daha da ağırlaşır.
Qiymətləndirməm dəyişməz olaraq qalır: Azərbaycanın “qanunsuz blokadası” Qarabağ ermənilərinin öz “vətən”lərində yaşamaq iradəsini qırmağa yönəlib. Lakin mən hesab edirəm ki, bu, alınmayacaq və Azərbaycanla Qarabağ arasında “siyasi söhbət” başlamalıdır.
Laçın dəhlizinin bağlanması “təxribat”dır, son məqsədi yeni hərbi eskalasiyadır. Hərbi eskalasiya ssenarisini hazırlayanların arzusu ürəyində qalmalıdır.
Məqsədlərdən biri də Qarabağ erməniləri ilə aşkar dialoq ehtiyacını gizlətmək və onu gündəmdən çıxarmaqdır. Bu “təxribat” xarakterli problemin həllinə töhfə verəcək addımlar atılmamalıdır”, – deyə Paşinyan sayıqlayıb.
Xuraman Etibarlı,
KONKRET.az
