Paşinyan separatçılara ACIQLANDI: “Bakını qıcıqlandırmayın, yeni əməliyyatlar ola bilər”backend

Paşinyan separatçılara ACIQLANDI: "Bakını qıcıqlandırmayın, yeni əməliyyatlar ola bilər"

Paşinyan separatçıları Bakıya hərbi əməliyyatlara başlamağa əsas verə biləcək “bəyanat”lar verməməyə çağırıb.

KONKRET.az xəbər verir ki, cümə axşamı hökumətin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağ “hakimiyyəti”ni Bakıya hərbi əməliyyatlara başlamağa əsas verə biləcək bəyanatlar verməməyə çağırıb.

“Laçın dəhlizinin “blokada”sı yeni “təxribat”dır, məqsəd növbəti hərbi əməliyyatlardır.

Bunun baş verməməsi üçün artıq addımlar atmaq, yersiz “bəyanat”lar vermək olmaz”, – Paşinyan deyib.

Xatırladaq ki, dünən quldurbaşı Arayik Arutyunyanın rəhbərliyi ilə “təhlükəsizlik şurası”nın “iclas”ı çağırılıb və “bəyanat” qəbul edilib.

“Ermənistanın Baş nazirinin mətbuat konfransı zamanı səsləndirdiyi bir sıra bəyanatlar və fikirlər narahatlıq doğurur. Çünki onlar milli mübarizənin ideyalarına, eləcə də Qarabağ xalqı və “hakimiyyət”inin tutduğu mövqeyə uyğun gəlmir. .

Biz öz mövqeyimizi bir daha təsdiq edirik. Qarabağın suverenliyi və “tarixi vətən”də azad və müstəqil yaşamaq hüququ mütləq dəyərlərdir.

Heç bir məcburiyyət və ya təhdid bizi mübarizəni davam etdirmək qərarımızdan çəkindirə bilməz”, – qondarma “bəyanat”da deyilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*