Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdibackend

Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Təhlükəsizlik Şurasının iclasını keçirib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumatı yayıb.

Bildirilib ki, iclas zamanı ölkə qarşısında duran çağırışlar və onların aradan qaldırılması üzrə gələcək addımlar müzakirə olunub.

İclasda, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, Baş nazir ofisinin rəhbəri Arayik Arutyunyan və hakim “Vətəndaş müqaviləsi” partiyasının rəhbəri Ayk Koncoryan iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*