Paşinyan Zelenski ilə danışdıbackend

Paşinyan Zelenski ilə danışdı

Ermənistanın Baş naziri Nikol Paşinyanla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, Ukrayna dövlət başçısı Nikol Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.

Söhbət zamanı tərəflər Ermənistan-Ukrayna ikitərəfli əməkdaşlıq gündəliyinə dair məsələləri müzakirə ediblər.

Həmçinin regional və qlobal proseslər ətrafında fikirlər mübadiləsi aparılıb, regionda sabit və davamlı sülhün bərqərar olunmasının vacibliyi xüsusi vurğulanıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*