Paşinyandan daha bir faşist bəyanat: “Türklərlə, əlbəttə, düşmənik”backend

Paşinyandan daha bir faşist bəyanat: “Türklərlə, əlbəttə, düşmənik”

Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistanın Martuni şəhərində əhali qarşısında çıxışı zamanı türklərlə münasibətlərə də toxunub.

KONKRET.az xəbər verir ki, Paşinyan bu çıxışını öz feysbuk hesabında paylaşıb.

Baş nazir çıxışında “Türklərlə düşmənçiliyin” idarə olunmasının vacibliyini vurğulayıb.

“Yenə də düşmənçilik haqqında danışmaq istəyirəm. Bu mövzunu süni şəkildə kimin işıqlandırdığını bilmirəm.”

“Türklərlə düşmənik ya yox?” Əlbəttə, düşmənik və bu kiminsə bu cür ifadələr səsləndirməsi səbəbindən deyil. Bu düşmənçilik idarəedilən olmalıdır,”-deyə Paşinyan çıxışında bildirib.

“Regional düşmənçiliyin idarəolunmaz hala gəlməsinə icazə verməyəcəyik. Əks halda bu yalnız Ermənistan üçün deyil, həm də bölgə üçün fəlakətlərə səbəb olacaq,”- deyə baş nazir sözlərinə əlavə edib. /Bizimmedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*