Qaz və işıq pulu gəlirə görə hesablana bilər? – AÇIQLAMAbackend

Qaz və işıq pulu gəlirə görə hesablana bilər? – AÇIQLAMA

Azərbaycanda elektrik enerjisi və təbii qaz üzrə diferensial tariflər istehlak həcminə əsasən müəyyənləşdirilir. Lakin eyni miqdarda qaz və elektrik enerjisindən istifadə edən ailələrin maddi imkanları heç də eyni deyil. Belə ki, yüksək gəlirli ailə ilə minimum əməkhaqqı və ya pensiya hesabına dolanan ailə eyni tariflərlə üzləşir. Bu isə kommunal ödənişlərin sosial ədalət prinsipi əsasında tənzimlənməsi məsələsini gündəmə gətirir.

Bəs tariflərin müəyyənləşdirilməsində ailələrin gəlir səviyyəsinin də nəzərə alınması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunur.

Mia.az - Natiq Cəfərli: 'Mərkəzi Bank diplomatik dillə və ÜDM-lə bağlı  narahatlığını ifadə edir' - 'Bu, hökumətin işidir'

Onun sözlərinə görə, diferensial tariflərin tətbiqi ilə yanaşı, regionlarda, xüsusilə dağ rayonları və dağ kəndlərində yaşayan insanlar üçün ayrıca tariflərin müəyyənləşdirilməsi də gündəmdə olan məsələlərdəndir.

İqtisadçı qeyd edib ki, bu istiqamətdə qərar qəbul etmək üçün ayrıca qanunvericilik aktına ehtiyac yoxdur:

“Bununla bağlı qərar Nazirlər Kabineti yanında Tarif Şurasından asılıdır. Ayrıca qanun qəbul etməyə ehtiyac yoxdur, Azərbaycan qanunvericiliyinin mövcud bazası bunun üçün yetərlidir. Sadəcə, Tarif Şurası toplanaraq məsələ ilə bağlı müvafiq qərarlar qəbul edə bilər”.

N.Cəfərli belə bir qərarın qəbul edilib-edilməyəcəyini indidən söyləməyin çətin olduğunu vurğulayıb. O, bildirib ki, məsələ birbaşa Tarif Şurasının səlahiyyətindədir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*