“Paşinyanı Bakıya gəlməyə məcbur edəcəklər” – Tofiq Zülfüqarovdan AÇIQLAMAbackend

“Paşinyanı Bakıya gəlməyə məcbur edəcəklər” – Tofiq Zülfüqarovdan AÇIQLAMA

Ermənistanın Baş naziri Nikol Paşinyanın COP29 tədbirində Bakıya səfər edə biləcəyi ilə bağlı məsələ yenə gündəmədir. Düzdür, rəsmi İrəvan bunu təkzib etdi və erməni baş nazirin Azərbaycana səfərinin nəzərdə tutulmadığını bildirdi.

Mövcud sitiuasiyanı nəzərə alsaq, rəsmi təkzibə baxmayaraq, Paşinyanın Bakıya səfəri tamamilə mümkünsüz də görünmür.

Əslində bu gözləntilər təsadüfən ortaya çıxmayıb. Tərəflərin noyabrda keçiriləcək COP29 tədbirinə qədər sülh sazişinə dair niyyət protokolu imzalaması gözlənilir. Noyabr ayına qədər ən azı sülh sazişinə dair niyyət protokolu imzalanarsa, Paşinyanın COP29 tədbirində iştirakına əngəl qalmır.

Çərçivə sülh sazişinin imzalanması mümkündür

Mövzu ilə bağlı KONKRET.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, əslində söhbət noyabr ayına qədər sülh yox, çərçivə sülh sazişinin imzalanmasından gedir:

“Bir var yekun sülh sazişi, bir də var çərçivə sülh sazişi. Bunlar fərqli məfhumlardır. Payıza qədər çərçivə sülh sazişinin bağlanması bir çox mütəxəssislər tərəfindən mümkün sayılır. Əslində çərçivə sülh sazişinin vəzifəsi növbəti danışıqlar üçün bir növ siyasi mühit rolunu oynamaqdır. Bu baxımdan noyabra qədər belə bir sənədə qol çəkilməsi mümkündür”.

Paşinyanı Bakıya gəlməyə məcbur edə bilərlər…

Paşinyanın ölkəmizə səfər edib-etməyəcəyinə gəlincə, T.Zülfüqarov bu barədə indidən dəqiq fikir söyləməyin çətin olduğunu vurğulayıb:

“Məlumdur ki, işlər davam edir və indidən Paşinyanın Bakıya gələcəyəni dəqiq proqnozlaşdırmaq mümkün deyil. Ancaq onun Bakıya gəlməsi ideyası sülh prossesinə təkan vermək baxımından bir çox xarici oyunçular tərəfindən dəstəklənsə, Paşinyanı Bakıya gəlməyə məcbur edə bilərlər. Bundan başqa, ola bilsin, payıza qədər Ermənistandakı daxili vəziyyət də dəyişsin. Ona görə hələlik konkret fikir söyləmək doğru olmazdı”.

Yeganə

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*