Paşinyandan soruşmalıyıq!. Kim ona Ermənistanı belə aşağılamaq haqqı verib?
“Dilim mənim düşmənimdir. Bu ifadə qədim zamanlardan məlumdur. Bizdə isə bu ifadə Ermənistan müstəqilliyini bərpa etdikdən sonra aktuallaşıb. Amma sözügedən ifadə heç vaxt Nikol Paşinyan və komandası hakimiyyətə gəldikdən sonra bu qədər tez-tez xatırlanmayıb”.
KONKRET.az xəbər verir ki, bu fikirlər Ambartsum K. adlı erməni analitikin məqaləsində yer alıb:
“Görünür, Paşinyan əvvəlcə danışmağa, sonra düşünməyə vərdiş edib. O, ölkənin sıravi vətəndaşı olaraq qalsaydı, heç bir problem olmayacaqdı. Amma Nikol həm də baş nazirdir. Ən böyük biabırçılıq odur ki, Paşinyan Azərbaycana Ermənistanı “uğursuz dövlət” kimi tanımağa əsas verdi. Bəli, Bakı mətbuatında b u cür yazılar doludur. Təəssüf ki, Paşinyan ölkəmizlə bağlı iradlar söyləməyə əsas verir. O, “Ermənistan öz təhlükəsizliyini təkbaşına təmin edə bilməz, Rusiya İrəvanın təhlükəsizliyinin qarantıdır” deyir. Və bu bəyanat düşmən düşərgəsində (Azərbaycan – red) böyük sevinclə qarşılanır. Paşinyana kim Ermənistanı belə aşağılamaq haqqı verib?” – erməni analitik vurğulayıb.
“Paşinyan aşkar olanı başa düşə bilmir və ya başa düşmək istəmir. Rusiya artıq öz təhlükəsizliyinə zəmanət verə bilmir. Üstəlik, bu barədə hətta Ukrayna və Amerika siyasətçiləri və mediası da danışır. Artıq Rusiya Dövlət Dumasının deputatı Sergey Markov Ukrayna müharibəsində məğlubiyyətə hazırlığa çağırıb. Ancaq bu, hamısı deyil. Kremlevski Rusiya prezidenti Vladimir Putinin kobud səhvə yol verdiyindən təəssüflənir. Markovun sözlərinə görə, qonşu ölkəni hələ 2014-cü ildə ələ keçirmək lazım idi. Bəli, Putin artıq öz xalqı tərəfindən tənqid olunur. Rusiya həqiqətən də itirir. Və bu şərtlərdə, heç olmasa, susmaq daha yaxşıdır. Amma Paşinyan danışır. Faciə isə odur ki, Paşinyanın dili Ermənistanın düşmənidir”, – deyə erməni analitik fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az
