Paşinyanın Ermənistanı nə qədər xarici borca saldığı bilindibackend

Paşinyanın Ermənistanı nə qədər xarici borca saldığı bilindi

Paşinyan baş nazir vəzifəsinə gəldikdən sonra dövlət borcu 1,2 milyard dollar artıb. Halbuki Robert Köçəryanın prezidentliyi dövründə Ermənistanın dövlət borcu 700 milyon dollar idi. Serj Sərkisyan hakimiyyəti dövründə isə bu borc düz 5 milyard dollar artdı. Nikol Paşinyanın baş nazir postuna keçməsindən bəri dövlət borcu isə 1,2 milyard dollar çoxalıb.

KONKRET.az xəbər verir ki, bu məlumatları iqtisadçı Suren Parsyan özünün facebook səhifəsində təqdim edib.

O əlavə edib ki, Levon Ter-Petrosyanın hakimiyyəti dövründə dövlət borcu ilə bağlı rəsmi və etibarlı bir məlumat yoxdur. İkinci Qarabağ müharibəsi zamanı silahlanmaya ayrılan kreditlərin həcmi barədə də rəsmi məlumat gizlədilir. Bu rəqəm açıqlansa, o zaman, Paşinyan dövründə Ermənistanın xarici borcunun daha böyük olduğu ortaya çıxacaq.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*