Paşinyanın müsahibəsi saytda dərc edilmədi – TƏFƏRRÜATbackend

Paşinyanın müsahibəsi saytda dərc edilmədi - TƏFƏRRÜAT

“Baş nazir Paşinyan dünən səhər saatlarında İctimai Radioya baş çəkib və müsahibə verib. Lakin bu, dünənə kimi radionun saytında yerləşdirilməyib”. 

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb. Nəşr bildirir ki, radionun əməkdaşları Paşinyanın gəlişi münasibəti ilə böyükmiqyaslı təhlükəsizlik tədbirlərindən danışıb. Onlara elə gəlib ki, sanki hansısa terrorun üstünü açmaq üçün əməliyyat keçirilir: “Hətta radio binasının yanında dayanmış avtomobillər yoxlanılıb, binanın içərisində olan yanğınsöndürənlər də yoxlanılıb. Təhlükəsizlik səbəbiylə bina ələk-vələk olunub”.

Nəşr Paşinyanın təhlükəsizlik işçilərini sərt tənqid edib: “Onlar əslində, böyük təxəyyül nümayiş etdirir və yeni paranoik düşüncələri ilə hərəkət edirlər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*