Paşinyanın öz partiyası ilə bağlı verdiyi qərar erməniləri ŞOKA SALDIbackend

Paşinyanın öz partiyası ilə bağlı verdiyi qərar erməniləri ŞOKA SALDI

Ermənistanın hakim “Mülki müqavilə” partiyası Avropa İttifaqının ən böyük transmilli siyasi qurumu olan Avropa Xalq Partiyasına (AXP) üzv olmaq üçün danışıqlar aparır.

KONKRET.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.

Məlumata görə, hələlik rəsmi qərar qəbul edilməyib və dəqiq vaxt da təsdiqlənməyib. Lakin Ermənistanın baş naziri Nikol Paşinyanın bu təşəbbüsə maraq göstərdiyi bildirilir. Avropanın sağ-mərkəzçi siyasi ailəsinin ilin sonuna qədər “Mülki müqavilə”nin üzvlüyünü təsdiqləyə biləcəyi qeyd olunur.

Eyni zamanda, AXP-yə Macarıstanın “Tisza”, Danimarkanın “Liberal Alyansı”, Çexiyanın STAN və Monteneqronun hakim “Avropa İndi” (PES) partiyasının da qoşulması mümkün namizədlər sırasında göstərilir.

Qeyd edək ki, hazırda Avropa Xalq Partiyası çərçivəsində Ermənistanın keçmiş hakim Respublika Partiyası da təmsil olunur. Partiyaya sabiq prezident Serj Sarkisyan rəhbərlik edir və o, Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl ölkəni idarə edib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*