Paşinyanın qatılacağı tədbirlə bağlı təhlükəsizlik tədbirləri görülür – Şüşə su qabları yığışdırılırbackend

Paşinyanın qatılacağı tədbirlə bağlı təhlükəsizlik tədbirləri görülür - Şüşə su qabları yığışdırılır

Hazırda Ermənistan Milli Assambleyasının iclas zalında ciddi təhlükəsizlik tədbirləri görülür, hətta masaların üzərindəki şüşə su qabları belə yığışdırılır.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, təhlükəsizlik əməkdaşları baş nazir bu gün Ermənistan parlamentində Nikol Paşinyanın iştirakı ilə baş tutacaq “hökumət saatı”I ilə bağlı xüsusi tədbirlər həyata keçirir.

İclasdan öncə stulların yoxlanılmasına başlanılıb, hətta jurnalistlərin onlar üçün ayrılmış hissəyə keçməsinə icazə verilməyib.

Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlrını bu gün saat 15:00-da Milli Assambleyanın binası ilə üzbəüz olan Baqramyan prospektində toplanmalarını xahiş edib.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*