Paşinyanın sui-qəsd QORXUSU – Hərbçilərin danışıqlarını izləməyi tapşırdıbackend

Paşinyanın sui-qəsd QORXUSU - Hərbçilərin danışıqlarını izləməyi tapşırdı

Paşinyan sui-qəsd olacağından qorxub və hərbçilərin danışıqlarını izləməyi tapşırıb.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinə Baş Qərargahın və Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərinin danışıqlarına və yazışmalarına ayıq-sayıq nəzarət etmək tapşırılıb.

Məlumata görə, kazarmada dünən baş verən və 15 hərbçinin həyatına son qoyan yanğın nəticəsində bir sıra rütbəli zabitlərin istefaları hərbçiləri qəzəbləndirib.

Baş nazir Nikol Paşinyan zabitlər tərəfindən ona qarşı sui-qəsd olacağından ehtiyat edir və buna görə onların danışıqlarını izləməyi tapşırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*