“Paşinyanın üzündəki ifadə sübut edir ki, işlər yaxşı deyil” – Erməni mediası – FOTOLARbackend

"Paşinyanın üzündəki ifadə sübut edir ki, işlər yaxşı deyil" - Erməni mediası - FOTOLAR

“Paşinyanın üzündəki ifadə sübut edir ki, işlər pisdir”.

KONKRET.az xəbər verir ki, erməni mediası Paşinyanın bügünkü fotolarına şərh verib.

“Rəsmi məlumata görə, Nikol Paşinyan bu gün Müdafiə Nazirliyində olub.

Paşinyanın üzündəki ifadə sübut edir ki, işlər yaxşı deyil.

Mətbuat açıqlaması yığcamdır, idarənin 2022-ci ili müzakirə olunub. Fəaliyyət hesabatında rəsmilər müdafiə idarəsi tərəfindən 2022-ci ildə həyata keçirilən islahatlar və digər istiqamətlərdə görülən işlər barədə məlumat veriblər.

Aydındır ki, Müdafiə Nazirliyinə belə bir nümayəndə heyəti ilə: Baş nazirin müavinləri, maliyyə naziri, hökumət aparatının rəhbəri və başqaları ilə səfər etmək o deməkdir ki, onlar digər məsələləri də müzakirə ediblər. .

Ancaq fotolara diqqətlə baxdıqda məlum olur ki, nə müzakirə olunsa da, heç bir müsbət nəticə əldə olunmayıb. Vəziyyətimiz camaatın dediyi kimi “xarabdır”.

Paşinyanın, baş nazirin müavinləri Tiqran Xaçatryan və Mher Qriqoryanın, Arayik Arutyunyanın üzündə “yaxşı heç nə gözləməyə ehtiyac yoxdur” mesajı həkk olunub”, – deyə mediua yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*