Paşinyanın Xankəndidə Arayiklə birgə Lələtəpəyə əks-hücum qərarı verməsinin görüntüləri yayıldı… – VİDEObackend

Paşinyanın Xankəndidə Arayiklə birgə Lələtəpəyə əks-hücum qərarı verməsinin görüntüləri yayıldı... - VİDEO

“Qarabağdakı erməni ordusunun onurğa sütunu bu kabinetdə barəsində qərar verilən Lələtəpəyə hücumda qırıldı…”

“6 oktyabr 2020-ci il tarixində, saat 15: 00-da -Cəbrayılın süqutu onsuz da aydın olduğu bir məqamda Ermənistanın həmin vaxt Stepanakertdə olan faktiki lideri cinayətkar bir qərar verdi və nəticədə bu erməni hərbi birləşmələri tamamilə məhv edildilər:

* Cəbrayıldakı hərbi hissəsinin qalıqları

* Füzuli tank hərbi hissəsi –

* Xocalı tank hərbi birliyi

* Araler (Daşkəsən) hərbi hissəsinin qalıqları

* Piyada və hərbi texnikanın çox hissəs…i”

KONKRET.az xəbər verir ki, bu  məlumatı qəsbkar Ermənistanın terrorçu eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan sosial şəbəkədə paylaşıb.

“Əslində Artsax Müdafiə Ordusunun onurğa sütunu bu kabinetdə barəsində qərar verilən Lələtəpəyə edilən macəra hücumu səbəbiylə qırıldı. Əks-hücumdan əvvəl müvafiq artilleriya hazırlığı və ya kəşfiyyat aparılmadı – heç nə! Yalnız “keçmiş rəhbərlər” in itirdiyi əraziləri geri alacaqları ilə “lovğalanmaq” üçün ordunu qurban vermək məqsədli bir niyyət var idi. Nəticədə hərbi texnikamız düşmənə qaldı, piyadalarımız isə – “Smerç” zərbələri altında …

Videodan gördüyünüz kimi, bu ofisdə nə Serj Sərkisyan var, nə Robert Köçəryan, nə də digər sabiqlər. Bu otaqda 2018 və 2020-ci illərdə erməni xalqı tərəfindən seçilmiş adamlar var”-  L.Köçəryanın paylaşımının ardında belə deyilir.

Fevral ayında yayılmış məlumatlara görə, ermənilər Lələtəpəyə əks-hücum əməliyyatında təxminən 830 hərbçi itirib. moderator.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*