Nikol Paşinyan xəstəxanaya gedib. Onun hansı səbəbdən xəstəxanaya müraciət etməsi barədə məlumat verilmir.
KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, Paşinyanın xidməti avtomobili tibb müəssisəsinin girişində dayanıb. Baş nazir hazırda “Nair” tibb mərkəzindədir.
Patrullar Paşinyanın karvanının maneəsiz keçə bilməsi üçün xəstəxananın yaxınlığında dayanmış avtomobilləri yığışdırırlar.
Paşinyanın həkimə müraciət etməsi erməni mediasını “canlandırıb”. Ona uzun ömür arzulayanların sayı, ölüm diləyənlərin sayından az olub.
Xuraman Etibarlı,
KONKRET.az
